Türkiyədə yoluxanların son statistikası

Türkiyədə yoluxanların son statistikası
391 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) sutka ərzində 129 nəfər ölüb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 7 112 nəfər COVID-19 infeksiyasına yoluxub.

Bu gün 9 457 nəfər sağalıb, ağır xəstə sayı isə 1 241 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 5 256 516 COVID-19 xəstəsi qeydə alınıb, onlardan 5 124 081 nəfər sağalıb, 47 656 nəfər isə ölüb.