İlk dəfə Kerem Bürsinlə sevgisindən danışdı

İlk dəfə Kerem Bürsinlə sevgisindən danışdı
2466 dəfə oxunub
  • A-
  • A
  • A+

Jurnal çəkilişləri üçün Bodruma gedən Kənan Doğulu, Beren Saat, Hande Erçel və Gamze Erçel qaldıqları otelin sahilində görüntüləniblər.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, Hande çəkilişləri başa çatan kimi bacısının və onun qızı Mavinin yanına yollanıb. Jurnalislərin suallarını cavablandıran Erçel həmkarı Kerem Bürsinlə sevgi münasibətlərinin necə başlamasından ilk dəfə danışıb.

Keremin niyə onunla birlikdə olmadığı soruşulan aktrisa "İş üçün gəldim. Bizim tətilimiz avqustda olacaq. Əvvəl münasibətimizi inkar etdik. Amma həmin vaxt biz dost idik. Sonra bir-birimizi sevdik. Münasibətimiz başladı və bunu da elan etdik" sözlərini deyib.