Milyarder sevgilisindən Şeymaya evlilik təklifi - Video

Milyarder sevgilisindən Şeymaya evlilik təklifi - Video
2285 dəfə oxunub
  • A-
  • A
  • A+

"TV8" telekanalının sahibi Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşına misirli biznesmen sevgilisi Muhammed Alsaloussi evlilik təklifi edib.

Axşam.az xəbər verir ki, Şeyma sözügedən anın görüntülərini İnstaqram hesabında paylaşıb.

Videoda Muhammed diz çökərək Şeymaya nişan üzüyü uzadıb və ona "Mənimlə evlənərsən" sualını verib. Şeyma isə "Hə" cavabını verib.

Qeyd edək ki, evlilik hazırlıqlarına start verən Ş.Subaşının bir neçə gün əvvəl hamilə olduğu haqda məlumatlar yayılmışdı. O, sosial şəbəkədə xəbəri yalanlayıb.