Məşhur fenomen xərçəngdən öldü - Fotolar

Məşhur fenomen xərçəngdən öldü - Fotolar
1611 dəfə oxunub
  • A-
  • A
  • A+

Koreyalı fenomen Daun Lee (əsl adı Lee Jung-Joo) vəfat edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sosial şəbəkə paylaşımları ilə tanınan Daun uzun müddətdir xərçəngdən əziyyət çəkirdi. "K-beauty" ilə "Youtube"da 2021-ci ildə ən çox izlənən istifadəçi olan fenomen 30 yaşında idi.

640 mindən çox izləyicisi olan Jung-Joo iki il əvvəl xərçəng olduğunu öyrənib. Ümidini heç itirməyən fenomen daim videolar çəkib yayımlayıb. Daun Lee adı ilə tanınan qız videolarında müalicə ərəfəsindən bəhs edib.

Xərçəng olmazdan əvvəl "K-Beauty" makyaj videoları yayımlayan qız hər zaman pozitiv olmağa çalışıb.