"Camdakı kız"ın gəlinliyinin qiyməti açıqlandı - Fotolar

"Camdakı kız"ın gəlinliyinin qiyməti açıqlandı - Fotolar
5401 dəfə oxunub
  • A-
  • A
  • A+

Mövsüm finalı edən "Camdaki kız" serialında Nalan obrazını canlandıran Burcu Biriciyin geyindiyi gəlinlik paltarına böyük maraq yaranıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, kral ailəsinin üstünlük verdiyi parçadan hazırlanan libasın qiyməti 43 min lirədir (8600 manat). Geyimi hazırlayan atelyenin telefonları bu günlərdə susmur. Mərkəzin rəhbəri bildirib ki, hər kəs gəlinliyi görüb, geyinmək istəyir.

Nalanın gəlinliyini svarovski qaşlarla hazırlanan tac, daşlarla işlənən fata tamamlayıb. Modelyer bildirib ki, paltar Burcunun ölçülərinə uyğun tikilib.