"Miss Turkey"lə xəstəliyə qalib gəldim"

"Miss Turkey"lə xəstəliyə qalib gəldim"
1121 dəfə oxunub
  • A-
  • A
  • A+

"Miss Turkey 2018" gözəllik yarışmasının ikincisi seçilən Tara de Vries müsabiqə sayəsində "seçici susqunluq" xəstəliyinə qalib gəldiyini deyib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, hazırda "Kanal D"də aparıcı kimi çalışan Tara aktrisalıq dərsləri də alıb.

Maqazin verilişinə aparıcılıq edən model "Enerjiliyəm, bunu insanlara ötürməyə çalışıram. Ayaqlarını yerə sağlam basa bilən hər kəs xoşbəxtdir. Uşaqlıqda susqunluq deyə bir xəstəliyim var idi. Həkimlər "seçici susqunluq" deyirdi. Uşaqlarda bu hal çox olurmuş. "Miss Turkey" ilə bu xəstəliyə qalib gəldim. "Miss Universe"yə getdim tamamilə xəstəliyim aradan qalxdı. İndi aparıcılıq fəaliyyətimdə fikir verirəm ki, heç bir izi qalmayıb" sözlərini əlavə edib.