Cinsi azlıq Nigar İbrahimovanın salonuna hücum etdi - Video

Cinsi azlıq Nigar İbrahimovanın salonuna hücum etdi - Video
8109 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir neçə müddətdir Anna Tağıyeva adlı cinsi azlıq nümayəndəsi mağaza, gözəllik salonlarına hücum edərək videoya çəkib, sosial şəbəkədə yayır. Bu dəfə o, vizajist Nigar İbrahimovanın "İN studio" gözəllik mərkəzinə hücum edib.

Axşam.az xəbər verir ki, bu haqda Nigarın müğənni bacısı İradə İbrahimova məlumat paylaşıb. O bildirib ki, cinsi azlıq məkana daxil olaraq, işçiləri təhqir edib, ətrafı dağıdıb.

Həmin anın görüntülərini yayımlayan ifaçı polisə müraciət edərək "Durdurun artıq bu ədəbsizləri" sözlərini yazıb. "Hələ bizim işçilər insan yerinə qoyub çay da veriblər" deyə, o, əlavə edib.

Videolarda cinsi azlığın salonda əşyaları sındırdığı, işçi heyətini təhqir edib, orada çalışan xanımı sillə vurmaqla hədələdiyi əks olunub.

Nigar İbrahimova Axşam.az-a açıqlamasında bildirib ki, həmin şəxs onların salonunda cəmi bir dəfə müştəri olub:

"Bizim salonda 1 ay əvvəl olub, lazer etdirib. Elə xanım, sakit görüntüdə gəlib ki, işçilər anlamayıb. Bunun bir problemi olsaydı, 1 gün, 1 həftə sonra reaksiya verərdi ki, məndə problem var. Biz də sakit problemi həll edərdik, polisə zəng vurardıq. Onun heç bir problemi yoxdur. Məqsədini anlamırıq. Videoda görünür salonun adını çəkərək içəri girir və "Buranı bağlatdıracam" deyir. Hər cürə müştəri var, ona xidmət etmək borcumuzdur. Amma bunun problemi yoxdur, şou göstərir. Bir məqsədi var, biz anlamadıq. Polisə zəng etdik, onlar araşdırsın. Bir müştərimin üzünə tüpürdü. Bəlkə istəyirmiş buna əl qaldırılsın, təzyiq göstərilsin. Bizdə etmədik, dedik polis tədbir görsün.

Hətta orada resepşındakı qız şoka düşüb ki, siz doğru ünvana gəlmisiz? Bizim hər zaman mötəbər müştərilərimiz olub. Ağlımızdan keçmir ki, elə müştərimiz ola. İki dəfə 102 xidmətinə zəng etdik ki, təcili tədbir görünsün.

21 ildir çalışıram, ilk dəfədir belə insancıq görürəm. Müştəri deyir, məcburam sənin söyüşünə qulaq asım? Üzünə tüpürür. Stəkanlar, gülqabları, kassa aparatı göydə uçur. Dedim, onun qanını yoxlayın. Götürüb kassa aparatını çırpıb yerə, qırığı az qalıb müştərinin gözünə dəysin.

Baxıram ki, çox yerdə fərqli hərəkətlər edir. Satıcını, resepşını, təhqir edir. Bizimkilər hörmət əlaməti hələ ona çay da verib. Bizdən 1 saat sonra gedib başqa tanınmış salonda eyni şounu çıxarmaq istəyib. Onu oradan da polis çıxarıb".

N.İbrahimova salona 5 mindən çox ziyan dəydiyini deyib:

"Saç aparatım sınıb, 2400 manatlıq güzgümü, min manatlıq gülümü, 100 manatlıq gülqabımı qırıb. Kassa aparatımı, digər əşyaları sındırıb. Təzminatı ödəyəcək".