Kamilə Babayeva bu kanalda çalışacaq

Kamilə Babayeva bu kanalda çalışacaq
2703 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Kamilə Babayeva da uzun fasilədən sonra bu mövsüm televiziyaya qayıtmaq qərarı verib.

Bu haqda aparıcı Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, AzTV-də çalışacaq:

"Verilişin adı hələ məlum deyil. Səmimi ortamda söhbət olacaq. Həftəsonu yayımlanacaq. Proqramda sənət adamları, sayılıb-seçilən ziyalılar, yazarlar yer alacaq".

Qeyd edək ki, K.Babayeva sonuncu dəfə sözügedən kanalda "Görüş yeri" verilişinə aparıcılıq edib. Onun proqramı bir mövsüm davam etmiş, daha sonra yayımı dayandırılmışdı. K.Babayeva bir ildən çoxdur ki, aparıcılıq fəaliyyətinə fasilə verib.