Nişanlısı ilə gəzintiyə çıxdıqdan sonra itkin düşdü, cəsədi tapıldı

Nişanlısı ilə gəzintiyə çıxdıqdan sonra itkin düşdü, cəsədi tapıldı
1571 dəfə oxunub
  • A-
  • A
  • A+

Nişanlısı ilə ABŞ-da gəzintiyə çıxdıqdan sonra sosial media fenomeni Qabbi Petito itkin düşüb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bir müddətdir axtarışları davam edən fenomenin cansız bədəni tapılıb. Polisin apardığı ilkin araşdırmalara görə, Qabbi cinayət qurbanı olub.

Ailəsi sentyabrın 11-dən onun itməsi ilə bağlı polisə müraciət edib. Bunun ardından fenomeni sonuncu görən nişanlısı Brayn Laundri axtarış işlərində yardımçı olmaqdan imtina edib və bir müddət sonra isə yoxa çıxıb.

Qeyd edək ki, avqustda şahidlər cütlüyün dava etdiyi ilə bağlı polisə müraciət etmişdi. Braynın Qabbiyə sillə vurduğu bildirilib. Sorğu zamanı Qabbi nişanlısının onu bilərək incitmədiyini, psixoloji problemlər yaşadığını bildirmişdi.