Anım Günü hava necə olacaq?

Anım Günü hava necə olacaq?
745 dəfə oxunub
  • A-
  • A
  • A+

Sentyabrın 27-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-17° isti, gündüz 20-23° isti olacaq. Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 27-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 22-26° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.