Axşam.az xəbər verir ki, sənətçi şəkli ad günü münasibətilə paylaşdığını bildirib. 31 yaşı olan Pərvin görüntünün 18 yaşında çəkildiyini vurğulayıb:
"18 və 31... İki fərqli baxış, vücud, insan... Bəli, illər insanı çox dəyişir. Yaşadığım hər şey üçün şükr edirəm. Nə yaxşı ki, doğulmuşam, varam. Məni bu günə kimi mən edən, həyatımda pis-yaxşı, hər bi şəxsə ayrı-ayrı təşəkkür edirəm. Həyatımdan keçərək mənə pisi, yaxşını göstərdiniz. 31 yaşımda özümü tam olqun, oturuşmuş bir xarakter olaraq dəyərləndirirəm".
