35 yaşında dünyasını dəyişən türkiyəli aktrisa Ece İrtemin anası Nuriye İrtemin ifadəsi ortaya çıxıb.
Axşam.az xəbər verir ki, aktrisanın anası qızının içkili olduğunu və dərman qəbul etdiyini bildirib.
"Saat 17:51-də evimizlə eyni küçədə yerləşən bir məkanda ad günü qeyd etməyə getdik. Birlikdə tort kəsib əyləndik. Saat 20:36-da evimizə qayıtdıq. Qızım antidepressant dərmanını qəbul etdikdən sonra içkili üçün onu yatağına uzatdım. Gecə saatlarında tualetə qalxıb yenidən yatağına qayıtdığını eşitdim. Səhər yeməyi yeməsi üçün onu çağırdım, amma cavab vermədi. Otağına daxil olanda ağzından pis qoxulu maye gəldiyini gördüm. O, çoxlu spirtli içki qəbul edirdi və eyni zamanda ağır antidepressant dərmanlardan istifadə edirdi".
Qeyd edək ki, aktrisa son olaraq "Kızılcık şerbeti" serialında rol alıb. Ece "Sandık kokusu", "Yeni gelin" kimi bir çox seriallarda çəkilib.