Qızı Ancelinanın 7 il əvvəlki libasını geyindi - Fotolar

Qızı Ancelinanın 7 il əvvəlki libasını geyindi - Fotolar
2407 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Ancelina Coli "Əbədi" filminin dünən baş tutan premyerasına 5 övladı ilə birgə qatılıb.

Axşam.az xəbər verir ki, sənətçi qırmızı xalçaya uşaqları ilə birlikdə çıxıb. Gecədə diqqət çəkən isə aktrisanın qızı Zaxara olub. Buna səbəb onun Ancelinanın 2014-cü ildə "Oskar" mükafatlandırma mərasimində geyindiyi libası üstündə daşıması olub. Geyimin qızın əyninə böyük olması müzakirələrə səbəb olub.

Zaxara ilə yanaşı aktrisanın digər övladları Meddoks, Şaylo və əkizlər Vivyen ilə Knoks da yanında yer alıb. Oğlu Paks isə gecə ərzində gözə dəyməyib.

Qeyd edək ki, Ancelina bu paltarı geyindiyi tədbirdə hələ keçmiş həyat yoldaşı Bred Pittlə münasibətlərini rəsmiləşdirməmişdi.