Gözdəki qızartılar üçün nə etmək olar?

Gözdəki qızartılar üçün nə etmək olar?
1495 dəfə oxunub
  • A-
  • A
  • A+

Bədəndəki ən həssas orqanlardan biri gözdür. Gərgin keçən iş günü, telefon və ya kompüter qarşısında uzun vaxt keçirmək, yuxusuzluq gözlərin qızarmasına, şişməsinə, ağrımasına və yaşarmasına səbəb olur.

Axşam.az xəbər verir ki, gözün qızarması damarların genişlənməsi nəticəsində yaranır. Mütəxəssislərin sözlərinə görə, vaxtında müalicə olunmayan infeksiya gözün daxili təbəqələrinə yayılaraq ciddi görmə itkisinə səbəb ola bilər.

Gözün qızarmasına digər amillər də səbəb ola bilər. Məsələn, gözə yad cismin düşməsi, linzalardan istifadə, təzyiqin olması. Qızartı travmadan sonra da başlaya bilər. Göz problemlərində ilk olaraq həkimdən yardım almaq tövsiyə olunur.

Gözün sağlamlığını qorumaq və adi səbəblərdən qaynaqlanan qızartıları aradan qaldırmaq ünün aşağıdakıları edə bilərsiniz.

Göz infeksiyası olan biri ilə təmasda olduqdan sonra əlləri yuyun.

Göz makiyajını silmədən yatmayın.

Alkoqol və siqaret istifadəsi də göz qızarmasına səbəb olur. Onları istehlak etməmək və ya istehlakını azaltmaq göz qızartılarını aradan qaldırmağa kömək edəcəkdir.

Əgər kompüterdən saatlarla istifadə etməli olursunuzsa, müəyyən aralıqlarla gözlərin istirahət etməsinə vaxt ayırın.

Göz qızartısına nələr yaxşı gəlir?

- Bir stəkan suya bir çay qaşığı şüyüd toxumu əlavə edib 15 dəqiqə qaynadın. Bir az soyuduqdan sonra suya pambıq batırıb, 15 dəqiqə göz qapağının üstündə saxlayın.

- Buzu dəsmalın içinə qoyub bir müddət gözlərinizin üstündə saxlaya bilərsiniz.

- İstifadə olunmuş çobanyastığı və yaşıl çay paketlərini də bu cür istifadə etmək mümkündür.

- Alma, xiyar və kartofun da sakitləşdirici xüsusiyyətləri var. Dilimlənmiş xiyarı 10 və ya 15 dəqiqə gözlərdə saxlayın. Eyni prosesi alma və kartofla da etmək olar.