Hindistanın məşhur aktrisası ərə getdi - Fotolar

Hindistanın məşhur aktrisası ərə getdi - Fotolar
4532 dəfə oxunub
  • A-
  • A
  • A+

Hindistanın məşhur aktrisa və modeli Katrina Kaif sevgilisi aktyor Viki Kauşala ərə gedib.

Axşam.az xəbər verir ki, cütlüyün toyu Rəcəstanda baş tutub. Aktrisa özündən 5 yaş kiçik həyat yoldaşı ilə mərasimdən olan fotolarını instaqram hesabında paylaşaraq bu sözləri yazıb:

"Bizi bu ana gətirən hər şeyə görə qəlbimizdə yalnız sevgi və minnətdarlıq hissi var. Bu yeni səyahətə birlikdə başlayarkən bütün sevginizi və xeyir-dualarınızı diləyirik".

Qeyd edək ki, cütlük 2019-cu ildən münasibətdədir.