Bəhramdan üzr videolarına ironik reaksiya

Bəhramdan üzr videolarına ironik reaksiya
4127 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artist Bəhram Bağırzadə Daxili İşlər Nazirliyi (DİN) tərəfindən yayımlanan qayda pozan vətəndaşların üzr videolarına ironik münasibət bildirib.

Axşam.az xəbər verir ki, aktyor çəkdiyi videoda xanımlardan, turistlərdən üzr istədiyini vurğulayıb.

"Mən "filankəsov filankəs" qadınlardan üzr istəmək istəyirəm. Bütün Bakıya gələn turistlərdən, şəhərin bütün itlərindən, pişiklərdən, "Maşa və ayı", "Donald"dan üzr istəyirəm. Sual verəcəksiniz ki, niyə? Bir azdan gedirəm sinif yoldaşlarımla yeyib içməyə. Başıma nə gələcək bilmirəm. Bu videonu çəkirəm, birdən lazım olar" deyə, Bəhram paylaşdığı videoda deyib.

Qeyd edək ki, son dövrlərdə sosial şəbəkələrdə inzibati xəta törətmələrinə dair videoları yayılan şəxslər DİN tərəfindən müəyyən edilərək polis bölməsinə çağırılır, üzr görüntüləri yayılır. Bir neçə gün əvvəl isə bu cür videosu yayılan Samid Bağırov adlı şəxs və bayraqla maşınını təmizlədiyi bildirilən 72 yaşlı taksi sürücüsü olub. "Gelandewagen" sürücüsü Samid isə aztəminatlı şəxsləri təhqir edib.