Adını "Ye" olaraq dəyişdirən dünyaca məşhur milyarder reper Kanye Uest yeni sevgilisi Culiya Foksla görüntülənib.
Axşam.az xəbər verir ki, cütlük şam yeməyindən sonra məkan çıxışı ilk dəfə dodaq-dodağa papratsilərin obyektivinə tuş gəlib.
Kanye daha sonra sevgilisini dünya ulduzu Madonna ilə tanış edib. Onlar birlikdə Nyu-Yorkda restorana gedib və səhərə kimi əyləniblər.
Qeyd edək ki, bir müddət əvvəl reperin model Vinetria ilə görüşdüyü deyilirdi.