"Çukur"un çəkildiyi kafe yandı

"Çukur"un çəkildiyi kafe yandı
754 dəfə oxunub
  • A-
  • A
  • A+

Fatih Balatda "Çukur" serialının çəkilişlərinin aparıldığı ikimərtəbəli binada yanğın baş verib.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, yanğınsöndürənlər dərhal hadisə yerinə gəlib. Binanın yerləşdiyi məhəllədə insanlar təşvişə düşüb.

Yanğın qısa zamanda böyüyərək, bütün binanı bürüyüb. Yanğınsöndürənlər yanğını söndürsə də, bina kül olub.

Yanğın əvvəlcə binanın yuxarısında başlayıb, orada normal ev var idi. Kafenin sahibi həmin evdə yaşayır. Yanğının nədən baş verdiyi araşdırılır.