Türkiyəli aktrisa Hande Doğandəmirlə aktyor Onur Tunanın eşq yaşaması ilə bağlı iddialar öz əksini tapıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa O.Tunanın İnstaqramda paylaşdığı şəklinə ürək işarəsi qoyub.
Aktyor da eyni tərzdə ona qarşılıq verib.
Qeyd edək ki, aktrisanın telefonun arxa hissəsində aktyorun şəklinin olması eşq dedi-qodularının yayılmasına səbəb olmuşdu.