Rusiyalı aktyor İvan Rudakov 43 yaşında vəfat edib.
Axşam.az xəbər verir ki, bu barədə onun valideynləri, rejissorlar Aleksey Rudakov və Yelena Nikolayeva feysbukda yazıb:
“Möcüzə baş vermədi. Bizim Vaneçka, bizim sevimli oğlumuz daha yoxdur”.
Qeyd edək ki, İvanın reanimasiyada süni tənəffüs aparatına qoşulduğunu bildirilmişdi. Buna səbəb onun ötən ilin yayında koronavirusa yoluxduqdan sonra ürək və ağciyərlərində problemlərin yaranması olub.
Onu da qeyd edək ki, aktyor "Orta", "Sklifosovski" kimi bir çox serialda rol alıb. Onu ən çox məşhurlaşdıran isə “Mətbəx” serialındakı bayker Stas obrazı olub.