Əməkdar artist efirdə Elgizin cibinə pul qoydu - Video

Əməkdar artist efirdə Elgizin cibinə pul qoydu - Video
6600 dəfə oxunub
  • A-
  • A
  • A+
Aparıcı Elgiz Əkbər ad gününü "Elgizlə izlə" proqramında qeyd edib.

Axşam.az xəbər verir ki, veriliş zamanı müzakirələrə səbəb olan hadisə yaşanıb.

Proqrama gələn Əməkdar artist Rəhman Rəhmanov Elgizə hədiyyə ala bilmədiyini deyib. Elgiz isə ona "Sənin adətindir... Nə vaxt əlidolu gəlmisən? Ürəyiaçıq insandır..." cavabını verib.

Aktyor isə "Amma cibidolu gəlmişəm" deyib və pul çıxararaq Elgizin cibinə qoyub. Həmin görüntülər sosial şəbəkədə paylaşılaraq, tənqid edilib.