“Məktəbdəki görüntülər Azərbaycanda çəkilməyib” - Rəsmi

“Məktəbdəki görüntülər Azərbaycanda çəkilməyib” - Rəsmi
6135 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün sosial şəbəkələrdə məktəblərin birində şagirdlərin sinif otağında müəllimə qarşı qeyri-etik hərəkəti ilə bağlı görüntülər yayılıb. Sözügedən görüntü ciddi müzakirlərə yol açıb və bu hal müəllimə qarşı hörmətsizlik kimi qiymətləndirilib.

Axşam.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinə məlumat yayıb.

Bildirilib ki, görüntülərin Azərbaycan məktəblərində olması təsdiqini tapmayıb: “Amma məsələ ilə bağlı Təhsil Nazirliyi tərəfindən araşdırma aparılır”.