Monika Vitti vəfat etdi

Monika Vitti vəfat etdi
763 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur italiyalı aktrisa Monika Vitti vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə İtaliya Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, aktrisa bu gün 90 yaşında dünyasını dəyişib.

Ciddi genetik xəstəlikdən əziyyət çəkən Monika 20 ildən artıqdır ki, bu səbəbdən ictimaiyyət qarşısına çıxmırdı. Həyat yoldaşı - rejissor və fotoqraf Roberto Russo onun xəstəliyini gizli saxlamağa çalışsa da, xarici media Monikanın Alzheimer olduğunu iddia edib.

Qeyd edək ki, "Tutulma", "Gecə", "Qırmızı səhra", "Macəra", "Flört" kimi bir çox ekran işində rol alıb. O, müxtəlif illərdə "Gümüş ayı", "Qızıl Aslan" mükafatlarına layiq görülüb.