Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 217 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 110 682 nəfər COVID-19 infeksiyasına yoluxub, 86 671 nəfər isə sağalıb.