Efirdə səsləndirdiyi sözlərə görə yəhudilərdən üzr istədi

Efirdə səsləndirdiyi sözlərə görə yəhudilərdən üzr istədi
1033 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud aktrisası Vupi Qoldberq efirdə Holokostun (Yəhudi soyqırımı — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon insanın sistemli şəkildə öldürüldüyü qətliama verilən ad) irqçiliklə heç bir əlaqəsi olmadığını dedikdən sonra sərt tənqidlərlə üzləşib.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə fikirlərini ABC kanalında yayımlanan "The view" verilişində bildirib.

"Nasizmin irqlə əlaqəsi yoxdur. Söhbət irqdən yox, insanların başqa insanlara münasibətdə qeyri-insani olmasından gedir. Fərqi yoxdur qara, ya ağ, çünki ağ-qara, yəhudi, italyan, kim olursa olsun, hamı bir-birini didir" - deyə, Vupi açıqlayıb.

Aktrisanın bu çıxışı sosial mediada qəzəblə qarşılanıb. Və bundan sonra Vupi üzr istəməli olub:

"Proqramda dedim ki, Holokost irqlə bağlı deyil, bəzi insanların başqalarına qarşı qeyri-insani münasibətidir. Deməliydim ki, bu hər ikisinə aiddir. Dünyanın hər yerində yəhudilərə həmişə dəstəyim olub və bu heç vaxt yox olmayacaq. Sözlərimin verdiyi ağrıya görə üzr istəyirəm".

Qeyd edək ki, müzakirələrə səbəb Tennessi Məktəbinin İdarə Heyətinin Art Şpiqelmanın “Siçan” komiksinin məktəb proqramından çıxarılması ilə bağlı qərarı olub. Qrafik roman yazıçının Polşa yəhudisi olan və Holokostdan sağ çıxmış atasının hekayəsindən bəhs edir. Əsər 1992-ci ildə "Pulitzer" mükafatını alıb.