“Qul İsaura”nın aktyoru öldü

“Qul İsaura”nın aktyoru öldü
715 dəfə oxunub
  • A-
  • A
  • A+

Braziliyanın məşhur “Qul İsaura” serialındakı Fransisko rolu ilə tanınan aktyor İsaak Bardavid vəfat edib.

Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, 90 yaşlı aktyor xroniki respirator xəstəliyinin ağırlaşması səbəbindən Rio-de-Janeyro şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, Bardavid yarım əsrdən artıq karyerası ərzində onlarla serialda rol alıb və səs sənətçisi kimi fəaliyyət göstərib. Aktyor sonuncu dəfə ötən il filmə çəkilib.