Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 233 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 107 530 nəfər COVID-19 infeksiyasına yoluxub, 88 014 nəfər isə sağalıb.