Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akçıl evliliklərində yaranan problemi həll edə bilmədiklərini açıqlayıb:
"Artıq məhkəməyə müraciət olunub. Razılıq yolu ilə boşanacağıq. Bu barədə çox danışmaq istəmirəm".
Qeyd edək ki, ötən ilin fevralında ikinci dəfə ailə quran cütlüyün boşanmasına səbəb Sinanın uşaq istəməsi olub. Aktrisa isə İnstaqramda hesabında artıq qızlıq soyadını istifadə etməyə başlayıb.