Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük münasibətlərinə ikinci dəfə şans vermək qərarına gəliblər. İddiaların yaranmasına səbəb ikilinin "kədər olmadan sevinc olmaz" şərhi yazılan paylaşımı bəyənmələri olub.
Qeyd edək ki, bir müddət əvvəl Demetlə Oğuzhanın qısqanclıq səbəbindən ayrıldığı bildirilib. Cütlüyün ortaq dostlarından olan müğənni Ebru Gündəşin "O ses Türkiye" yarışmasının efirində "vasitəçi olub sizi barışdıraq" deyə təklifindən sonra onları bir araya gətirdiyi deyilir. Barışan ikili hələlik bunu gizli saxlayır.