Rusiyalı videobloger Əmiran Sərdarov həyat yoldaşı, Özbəkistanın birinci prezidenti İslam Kərimovun nəvəsi Məryəm Tillayevadan boşanıb.
Axşam.az xəbər verir ki, bu barədə bloger instaqram hesabında paylaşım edib.
"Ayrıldıq. Təəssüf ki, belə oldu. Sən (red. - Məryəm Tillayeva) ağıllı, enerjili və parlaqsan. Sənə eyni qalmağı arzulayıram. Heç vaxt kədərlənmə. Əminəm ki, ən yaxşısı qarşıdadır. Xoşbəxtliyi mütləq tapacaqsan. Keçirdiyimiz vaxt üçün təşəkkür edərəm", - deyə, o, yazıb.
Məryəm isə "People news" portalına açıqlamasında "Los-Ancelesdən Rusiyaya qayıdanda artıq o, mənə tamam başqa və yad insan olmuşdu. Əmiran məni bir çox mövzuda məyus etdi" sözlərini söyləyib.
Xatırladaq ki, cütlük evliliklərinin bir ili tamam olmamış ayrılıq qərarı alıb. Məryəm ilə Əmiran arasında 13 yaş fərq var idi. Münasibətin bitməsinə səbəb isə blogerin həyat yoldaşının yarıçılpaq fotosunu instaqram hesabında paylaşması olub. Bu hərəkət Məryəmin ailəsi tərəfindən xoş qarşılanmayıb və Əmiran onlardan üzr istəməli olub.
Qeyd edək ki, Ə.Sərdarov “Xaç gündəliyi” adlı yutub hesabı ilə məşhurlaşıb. "Forbes"ə görə, o, 2019-cu ildə Rusiyada internet üzərindən ən çox qazanan 10 addan biri olub.
