3 ildir evli olduqlarını təsdiqlədi

3 ildir evli olduqlarını təsdiqlədi
991 dəfə oxunub
  • A-
  • A
  • A+

Ceyms MakEvoy Lizoy Liberati ilə gizli toy edib.

Axşam.az xəbər verir ki, bu barədə aktyor özü "The Guardian"a müsahibəsində bildirib. O, 3 il bundan əvvəl toy etdiklərini və özəl həyatlarını işıqlandırmaq istəmədiklərini vurğulayıb.

Xatırladaq ki, cütlüyün evliliyi haqqında şayiələr 2019-cu ildə, yaxın dostu Ceyms Lloyd tərəfindən ifşa edilib. Lakin cütlük bu şayiələri təsdiqləməmişdi.

Qeyd edək ki, Ceyms 2016-cı ildə aktrisa Enn-Mari Daffla 10 illik evliliklərini sonlandırıb. Onun bu evlilikdən Brendan adlı bir oğlu var.

O, Lizoyla "Split" filminin çəkiliş meydançasında tanış olub. Lizoy həmin ekran işində rejissor köməkçisi kimi işləyirdi.