Axşam.az xəbər verir ki, ötən gün müxbirlərə açıqlamasında Biran iddiaları təkzib edərək yalnız dost olduqlarını vurğulayıb:
"Bir qadınla bir kişini yanaşı görəndə "eşq yaşandı" deyə düşünürlər. İlk ağla gələn bu olduğu üçün belə xəbərlər çıxır. Amma Tansel sadəcə dostumdur, bu qədər".
Bundan başqa, Biran yarışmadan sonra albom təklifi aldığını açıqlayıb. O, əvvəllər mahnı oxumaqdan qorxduğunu və səsinin olmadığını düşündüyünü əlavə edib.
Qeyd edək ki, Biran hazırda "Yasak elma" serialında "Kumru", Tansel isə "Masumlar apartmanı"nda "Naci" obrazına həyat verir.