Sonuncu dəfə "Bir zamanlar Çukurova" serialında rol alan aktrisa Nazan Kesalın yeni layihəsi bəlli olub.
Axşam.az xəbər verir ki, aktrisa "Oğlum" serialında rol alacaq. O, serialda Songül Ödenin ifa etdiyi obrazın anasını canlandıracaq.
Qeyd edək ki, baş rolunu Canan Ergüderin oynadığı layihə fevralın 9-da izləyicilərin ixtiyarına veriləcək.