Mahmud yenidən "Eurovision"a qatılacaq

Mahmud yenidən "Eurovision"a qatılacaq
864 dəfə oxunub
  • A-
  • A
  • A+

"Eurovision 2019"da ikinci yeri tutan müğənni Mahmud yenidən ölkəsini yarışmada təmsil edəcək.

Axşam.az xəbər verir ki, sənətçi bu dəfə İtaliyada Turin şəhərində keçiriləcək "Eurovision 2022"yə duetlə gedəcək. O, yarışmaya "San-Remo" musiqi festivalında birlikdə çıxış etdiyi Blanko ilə birlikdə qatılacaq.

İtaliyanı təmsil edəcək ifaçılar gecədə "San-Remo"da onlara qələbə qazandıran "Brividi" mahnısını oxuyacaqlar.

Qeyd edək ki, Mahmudun atası misirli, anası isə italyandır. O, 2019-cu ildə "san-Remo" müsabiqəsində qalib olub, İtaliyanı "Eurovision"da təmsil etmək hüququ qazanmışdı.