“TRT1” kanalında yayımlanan “Masumlar apartmanı” serialında növbəti ayrılıq yaşanacaq.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ikinci mövsümdə seriala daxil olan aktrisa Melisa Şenolsun izləyicilərə vida edəcək.
“Rüya” obrazına həyat verən aktrisa 57-ci bölümdə layihədən ayrılacaq.
Qeyd edək ki, serialın baş rollarını Ezgi Mola, Merve Dizdar, Birkan Sokullu paylaşır.