Tanınmış aktyor niyə ekranlarda görünmür?

Tanınmış aktyor niyə ekranlarda görünmür?
878 dəfə oxunub
  • A-
  • A
  • A+
"Möhtəşəm yüz il: Kösəm Sultan", "Öyle bir geçer zaman ki", "Kayıp" kimi bir çox layihədə rol alan türkiyəli aktyor Mete Horozoğlu ilə bağlı təəccüblü iddia ortaya çıxıb.

Axşam.az türk mediasına istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Arif Hür məqalə yazıb. O, 46 yaşlı aktyorun 5 ildir ekranlarda görünmədiyini xatırladaraq, sənətdən getdiyini bildirib. Jurnalist Metenin hazırda gənc aktyorların yetişməsi istiqamətində dərslər verdiyini əlavə edib.

Həmçinin A.Hür aktyorun Los-Ancelesdə sualtı idman növləri ilə məşğul olduğunu açıqlayıb. 

Qeyd edək ki, Metenin daha əvvəl terror təşkilatlarından birinin üzvü olduğu deyilsə də, heç bir sübut olmadığı üçün cinayət işi bağlanmışdır.