Məhkəmə dələduzluqda ittiham edilən türkiyəli aktrisa Vilma Elles barəsində qərar qəbul edib.
Axşam.az türk mediasına istinadən xəbər verir ki, aktrisa və keçmiş həyat yoldaşı Arif Kerem Göğüş haqda bəraət hökmü çıxarılıb.
İstanbul 3-cü Ağır Cəza Məhkəməsində keçirilən iclasda şikayətçilər iştirak etsə də, müttəhimlər Vilma və Arif məhkəməyə qatılmayıb. Məhkəmə zalında onları vəkilləri təmsil edib.
Açıqlanan qərarda iddia edildiyi kimi dələduzluğun olmadığı, müttəhimlərin də bu niyyətlə hərəkət etdiyi sübuta yetirilmədiyi bildirilib.
Qeyd edək ki, iddianamədə 7 şikayətçi Arifin səlahiyyətli olduğu şirkətlər tərəfindən tikinti layihələrinin bəzilərinin başlamadığını, digərlərinin isə tamamlanmadığı yazılıb. Onlar Vilma və Arifin ümumilikdə 21 ildən 70 ilə qədər həbs edilməsini tələb edirdilər.
