Dünyaca məşhur rejissor Kventin Tarantino ikinci dəfə ata olacaq.
Axşam.az xəbər verir ki, “The Jerusalem Post”un məlumatına görə, rejissorun həyat yoldaşı, aktrisa Daniela Pik hamilədir. Pikinin hamiləliyin erkən dövründə olduğu və əlavə təfərrüatlar hələ məlum olmadığı bildirilib.
Qeyd edək ki, cütlüyün bundan başqa Leo adlı 2 yaşlı oğlu var.