Axşam.az xəbər verir ki, bu barədə ifaçı instaqram hesabında paylaşım edib.
"Ərizələr (red. - boşanma) verilib, qərarlar alınıb... Yox, o, düzdür, yox, bu haqlıdır. Qardaş (red. - Alişanın qardaşı Səlçuk koronavirusdan vəfat edib) itirməyin acısını yaşayarkən, daha yeni özümə gəlməyə çalışarkən, hər gün göz yaşı tökərkən anamı, həyat yoldaşımı, rəhmətlik qardaşımın arvadını, uşaqlarımı, qardaşım uşaqlarını rahat buraxın. Hər ailədə ola biləcək şeylərdir bunlar. Biz hansısa qərarı versək, bunu açıqlayarıq.
Bizim adımıza qərar çıxartmayın, xahiş edirəm. Artıq ssenarilər yazmayın, şərh verməyin, bizi bizə buraxın. Qərarı biz verək. Sonra nə istəsəniz danışa, şərh yaza bilərsiniz" deyə, Alişan haqlarında çıxan xəbərləri təkzib edib.
Qeyd edək ki, bir müddətdir türk mediasında Alişanla Busenin ayrıldığı, ötən gün isə boşanma üçün məhkəməyə ərizə təqdim etdikləri barədə məlumatlar yayılmışdı.