Axşam.az türk mediasına istinadən xəbər verir ki, ötən gün basketbol yarışına qatılan aktrisanı oraya Kərəmin şəxsi sürücüsü ilə getdiyi ortaya çıxıb. Eyni zamanda, həmin yarışda Handenin keçmiş sevgilisi Murat Dalkılıç da azarkeşlər arasında olub.
Lakin cütlüyün barışdığını təsdiqləyən xəbərlər bununla da kifayətlənməyib. Handenin son paylaşımları arasında yer alan fotolarda Kərəmin köynəyindən geyinməsi də diqqətdən yayınmayıb.
Qeyd edək ki, cütlük "Sen çal kapımı" serialında tərəf müqabili olduqdan sonra eşq yaşamağa başlayıb.
Bir müddət əvvəl Hande ilə Demet Özdemir aralarında inciklik olduğu deyilmişdi. Bundan sonra Demetle Kərəmin eyni layihədə yer alacağı bildirilsə də, Demet sevgilisi müğənni Oğuzhan Koçla barışdığı ərəfədə Kərəmin yerinə başqa bir aktyorla razılığa gəlinmişdi.
