Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 266 nəfər ölüb.
Axşam.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 108 563 nəfər COVID-19 infeksiyasına yoluxub, 88 647 nəfər isə sağalıb.