Mark Laneqan vəfat etdi

Mark Laneqan vəfat etdi
411 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı rok ifaçısı Mark Laneqan 57 yaşında İrlandiyadakı evində vəfat edib.

Axşam.az xəbər verir ki, bu barədə sənətçinin tvitter hesabında yazılıb.

Onun hansı səbəbdən öldüyü açıqlanmasa da ötən il koronavirusa yoluxan Markın buna görə böyrəklərində problem yarandığı bilinirdi.

Qeyd edək ki, müğənninin ümumilikdə 12 albomu çıxıb. O, həm də bir neçə kitabın müəllifi idi. Mark sonuncu dəfə ötən il “Komada olan şeytan” kitabında COVID-19-a necə yoluxduğunu, xəstəxanada keçirdiyi günləri qələmə alıb.