Elton Conun olduğu təyyarə təcili eniş etməli oldu - Foto

Elton Conun olduğu təyyarə təcili eniş etməli oldu - Foto
602 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikaya konsert vermək üçün yollanan britaniyalı müğənni-bəstəkar Elton Conun olduğu özəl təyyarə təcili eniş edib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, qiyməti 90 milyon dollar olan hava nəqliyyat vasitəsində nasazlıq yaranıb. Bundan başqa sürəti saatda 130 km-ə çatan güclü külək səbəbindən təyyarə yalnız üçüncü dövrədə eniş etməyi bacarıb.

“The Sun” qəzetinə danışan mənbələr müğənninin hadisədən “sarsıldığını” bildiriblər.

E.Con daha sonra Nyu-Yorka getmək üçün ora uçan başqa bir reysdən istifadə edib.