Bir vaxtların məşhur ifaçısı Andrey Qubinin rusiyalı müğənni-prodüser Maksim Fadeyevə 15 min avro borcu var.
Axşam.az rus mediasına istinadən xəbər verir ki, bu barədə Andrey “AiF” nəşrinə müsahibəsində danışıb. O, “Фабрика звезд” realiti-şousunun iştirakçılarına mahnı yazmaq müqabilində pul alıb. Onun sözlərinə görə, Maksim Andreyə dörd bəstə sifariş edib. Lakin sifarişi yerinə yetirə bilməyib. Buna görə, sözügedən məbləği ödəməli olduğunu bildirib.
Andrey vurğulayıb ki, 2003-cü ildə bu məbləğ cüzi olduğu üçün prodüser ondan borcu qaytarmasını tələb etməyib.
Qeyd edək ki, Andrey uzun müddətdir ki, sol tərəfli prosopalgiyadan əziyyət çəkir.