Cansunun adından saxta məlumatlar yayılırmış

Cansunun adından saxta məlumatlar yayılırmış
403 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Cansu Dere onun adından instaqramda paylaşımlar edən şəxsi məhkəməyə verib.

Axşam.az xəbər verir ki, aktrisa vəkilləri vasitəsilə məhkəməyə müraciət edərək sosial media istifadəçisinin öz siyasi fikirlərini onun sözləri kimi ictimaiyyətə təqdim etdiyini bildirib. Həmin şəxs sözügedən paylaşımlarda davamlı olaraq aktrisanın şəklini paylaşaraq cəmiyyətdə saxta fikir yaratmaqda ittiham olunur.

Cansunun vəkilləri sözügedən hesabda edilən saxta paylaşımların bloklanmasını tələb edirlər.

Qeyd edək ki, aktrisa hazırda "Sadakatsiz" serialında baş rolu canlandırır.