İzləyicilərinə 45 minlik krem almağı təklif etdi, tənqid olundu - Foto

İzləyicilərinə 45 minlik krem almağı təklif etdi, tənqid olundu - Foto
1164 dəfə oxunub
  • A-
  • A
  • A+

"Doktorlar" serialı ilə tanınan aktrisa Yasemin Özilhan bu dəfə sosial media hesabı üzərindən etdiyi reklama görə tənqid olunub.

Axşam.az xəbər verir ki, aktrisa instaqram hesabında izləyicilərə dəyəri 45 min lirə (təxminən 5 372 manat) olan kremi almağı və istifadə etməyi təklif edib. Bundan sonra tənqid atəşinə tuş gələn Yasemin paylaşımına aydınlıq gətirib. O, kremin bu qədər bahalı olduğunu bilmədiyini iddia edib:

"Sizin sayənizdə 45 min lirəyə krem olduğunu öyrəndim. Eyni marka ola bilər, amma çeşitləri fərqlidir. 45 minlik bir məhsulu nə təklif edərəm, nə də özüm istifadə edərəm".