Bir-birilərinə nifrət edirlərmiş

Bir-birilərinə nifrət edirlərmiş
797 dəfə oxunub
  • A-
  • A
  • A+

2015-ci ildə ekranlaşdırılan "Dəlisov Maks: Qəzəbli yol" filminin çəkilişləri zamanı baş verən pərdəarxası məqamlar ortaya çıxıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ekran işinin baş rol ifaçıları - Şarliz Teron və Tom Hard arasında ciddi problem yarandığı məlum olub.

“The New York Times”ın köşə yazarı Kayl Buçan ulduzların çəkiliş meydançasında tez-tez dava etdiyini qeyd edib. Buna səbəb kimi Tomun punktual olmaması göstərilib. Şarliz buna görə, tərəf müqabilini çəkilişlərdə bir neçə saat gözləməli olub. Belə ki, aktrisanın saat 08:00-da gəldiyi çəkilişlərə Tom yalnız 11:00-da qatılıb. 

Şarliz aktyorun bu hərəkətinə cərimələnməsini tələb edib və ona müraciət zamanı "alçaq" sözündən istifadə edib və mübahisə yaranıb. Sonrakı çəkilişlərdə aktrisa prodüserdən onu qorumaq məqsədi ilə daim yanında olmasını istəyib.