Xəbər verdiyimiz kimi, Ukrayna Milli İctimai Televiziya və Radio Şirkətinin İdarə Heyətinin sədri Mikola Çernotitski Avropa Yayım Birliyinə məktub ünvanlayaraq, Rusiyanın "Avroviziya-2022"dən kənərlaşdırılmasını istəyib.
Axşam.az xəbər verir ki, müsabiqə təşkilatçıları sözügedən məktubu cavablayıb.
Bildirilib ki, Rusiya “Avroviziya-2022”də iştirak edəcək, çünki müsabiqə millətləri birləşdirən və müxtəlifliyi musiqi vasitəsilə təbliğ edən qeyri-siyasi, mədəni hadisədir.
“Həm Rusiya, həm də Ukraynada ictimai yayımçılar Turindəki müsabiqədə iştirak etməyi öhdələrinə götürüblər və biz hazırda hər iki ölkədən olan ifaçıları mayda çıxış etmələri üçün bura dəvət etməyi planlaşdırırıq” - deyə, təşkilatçılar vurğulayıb.
Xatırladaq ki, Ukrayna ilə yanaşı İsveç Milli İctimai Yayım Şirkətinin baş direktoru Hanna Stiarne də eyni məsələ ilə bağlı birliyə müraciət etmişdi.
Qeyd edək ki, “Avroviziya-2022” bu il İtaliyanın Turin şəhərində keçiriləcək. Ukraynanı müsabiqədə “Kalush Orchestra” kollektivi “Stefania” mahnısı ilə təmsil edəcək. Rusiyanın təmsilçisi isə hələlik açıqlanmayıb.