Azərbaycanlı gözəl Rusiyanın məşhur şousuna qatıldı

Azərbaycanlı gözəl Rusiyanın məşhur şousuna qatıldı
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın TNT telekanalında yayımlanan "Холостяк" şousuna "Miss Asia 2015" titulunun sahibi olan azərbaycanlı Təhminə Səfəri də qatılıb.

Axşam.az xəbər verir ki, 2002-ci ildən yayımlanan şouda bir bəy özü üçün xanım seçməli və sonda onun barmağına nişan üzüyü taxmalıdır. Bu dəfə isə layihədə fərqlilik edilib. Belə ki, iki bəy özü üçün xanım seçməli olacaq. 

Şounun bəy iştirakçıları 27 yaşlı iş adamı Aleksandr Qrankov və 26 yaşlı qazaxıstanlı bloger, model Dimaş Ədalətdir. İştirakçılar arasında yer alan azərbaycanlı qız son vaxtlar saç ustası kimi çalışıb. Eyni zamanda dicey kimi fəaliyyət göstərib.

30 yaşlı Təhminə Səfəri "Musiqini o qədər sevirəm ki, evimdə heç vaxt sakitlik olmur. Mənim münasibətimi nəzərə alsaq, deməli, onlar əsasən yaradıcı insanlar olmalıdırlar" deyə, bildirib.