"Restorana zəng edib ki, kobud şairəni niyə dəvət edirsiniz?"

"Restorana zəng edib ki, kobud şairəni niyə dəvət edirsiniz?"
4301 dəfə oxunub
  • A-
  • A
  • A+

Şairə Nazilə Səfərli adını açıqlamadığı bir rəqqasənin onu məclislərdən uzaqlaşdırmaq istədiyini deyib.

Axşam.az xəbər verir ki, bu haqda Nazilə sosial şəbəkə hesabında paylaşım edib. 

"Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" deyə, Nazilə vurğulayıb.